17 Sep 2016

    M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi" kitabını yüklə.

    Məhəmməd Əmin Rəsulzadə (Məmməd) (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə;
    Category: articles

    11 Sep 2016

    Rövşən Yerfinin "Şanssız" kitabını yüklə.

    Rövşən Yerfi (Rövşən Həsənli Həsənbaba oğlu) 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 

    1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin kitabxanaşünaslıq-biblioqrafiya fakültəsində ali təhsil almışdır, eyni zamanda 1989-cu ildə ictimai müxbir kursunu bitirmişdir. 1990-cı ildən mətbuat sahəsində, 1991-1995-ci illərdə Səhiyyə Nazirliyinin orqanı olan “Şəfqət” qəzetində (indiki “Tibb qəzeti”) ilk məsul katib işləmişdir. 

    Həmin dövrdə həm də bir il (1993-94) “Millət” qəzetində məsul katib müavini işində çalışmışdır. 1995-2012-ci illərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin zabit əməkdaşı olmuş, yeddi müxtəlif rejimli cəzaçəkmə müəssisələrində böyük inspektor vəzifəsində xidmət etmişdir. İstefada olan ədliyyə mayorudur.

    2014-2015-ci illərdə kitab redaktorluğu işi ilə məşğul olmuş, altımışadək kitabın nəşrində (redaktə, korrektə, mətn tərtibatı) iştirak etmişdir.

    1993-cü ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul edilib. 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Respublika mətbuatında ilk məqaləsini 1988-ci ildə “Bakı” qəzetində yazıb.

    Yeniyetmə çağlarından şeir və mənsur şeirlər yazaraq yaradıcılıqla məşğul olsa da, əsasən 1987-ci ildən “May çiçəyi” hekayəsi ilə fəal nasir fəaliyyətinə başlamış, müntəzəm ədəbi tədbirlərdə iştirak etmişdir. Mətbuatda ilk hekayəsi 1989-cu ildə dərc olunub. Həmin il “Debüt-89” respublika ədəbi yaradıcılıq müsabiqəsinin nəsr üzrə qalibi olub.

    2003-cü ildən Rövşən Həsənli imzasını Rövşən Yerfi ilə əvəzləmişdir. 2004-cü ildə “Üzdəniraq ada” adlı ilk kitabı işıq üzü görüb. 2008-ci ildə “Qadın düşərgəsi” povesti “Kitab Klubu”nun həyata keçirdiyi “Sınaq nüsxəsi” layihəsində bəyənilmişdir. 2009-cu ildə “Residivist”, 2010-cu ildə “Qadın düşərgəsi” və “Günahsız qatil”, 2012-ci ildə “Üzdəniraq ada” (təkrar nəşr), 2013-cü ildə “Penitensiar lövhələr”, 2014-cü ildə “Lənətə gələnlər” və “Şanssız”, 2015-ci ildə “Qazamat sanitarları” adlı kitabları (10 kitab) çap edilmişdir. Dörd kitabın redaktorudur. 

    Bir roman, bir pyes, doqquz povest, qırx doqquz hekayə, qırx yeddi kiçik esse, əlliyədək digər ədəbi nümunələrin (xatirə, mənsur şeir, şeir), yüz iyirmidən artıq ədəbi publisist yazıların və sair məqalələrin müəllifidir.

    Əsərləri Azadliq.org saytının on-line Azərbaycan ədəbiyyatı kitabxanasında, on kitabı Kitabxana.net başda olmaqla çox sayda müxtəlif saytlarda, o cümlədən yeddisi Milli Kitabxana-İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. “Lənətə gələnlər” əsəri isə Android mobil siteminə yerləşdirilib.

    Category: articles

    1 Aug 2016










    Azərbaycan şəxs adlarının izahlı lüğəti.



    “Azərbaycan dilində səxs adlarının izahlı lüğəti” adlanan kitaba 6000-ə yaxın ad daxil edilib. Kitabda adların izahı ilə yanaşı, onların düzgün yazılış formaları da göstərlib.

    Qeyd edək ki, kitaba İlig, Fərəculla, Fəsaləddin, İlgiz, İlkağa, İlkər, İlkinər, İlvin, İlkün, İlnamə kimi az rast gəlinən maraqlı adlar da daxil edilib və onların izahı da verilib.
    Trend həmin adların bir hissəsini təqdim edir:
    FƏRASƏT – “Dərhal anlama, başa düşmə, dərk etmə, qavrama bacarığı, zehnin itiliyi; ayıqlığı” deməkdir.
    FƏRDA – “Sabah, ertəsi gün; gələcək” deməkdir.
    FƏRDALI – Tək Əli; vahid Alı.
    FƏRƏC – Müəyyən sıxıntıdan, intizardan, nigaranlıqdan sonra gələn sevinc, şadlıq; təsəlli; əyləncə deməkdir.
    FƏRƏCULLA – Ərəbcə "fərəc" və "Allah" sözlərindən düzəlib. “Allahın sevinci, şadlığı; tanrının təsəllisi, təskinliyi” deməkdir.
    FƏRHAD – Anlayan, başa düşən; zehinli; dərrakəli; igid, qəhrəman deməkdir. Şərq xalqlarında qəhrəman sənətkar obrazıdır.
    FƏRHAN – “Şən, şad, sevincək” deməkdir.
    FƏRHƏNG – “Elm, məlumat; maarif, mədəniyyət” deməkdir.
    FƏRHUN – “Sevinc, fərəh, şadlıq, uğurlu, bəxtiyar, xoşbəxt” deməkdir.
    FƏRİD – “Tək, misilsiz, nadir, yeganə; tayı-bərabəri olmayan” deməkdir.
    FƏRİDƏDDİN – Ərəbcə “fərid + əd + din” sözlərindən düzəlib. “Dinin ən yaxşı nümayəndəsi, dinin misilsiz təmsilçisi” deməkdir.
    FƏRİZ – Ərəb dilindəki “fərz” sözündəndir. “Dinə görə yerinə yetirilməsi vacib olan iş; vərəsələrdən hər birinə düşən miras; pay” deməkdir.
    FƏRMAN – “Əmr, buyuruq, göstəriş; hökm, qərar” deməkdir.
    FƏRRUX – “Xoşbəxt, mübariz, uğurlu, bəxtiyar” deməkdir.
    FƏRZƏDDİN – “Dinin gümanı, dinin lazım bildiyi” deməkdir.
    FƏRZƏLİ – Ərəbcə “fərz” və “Əli” sözlərindən düzəlib. “Əlinin hökmü, əmri; Əlinin gümanı, təxmini” deməkdir.
    FƏRZAN – “Alim, bilici; elmli; başqalarından fərqlənən” deməkdir.
    FƏRZƏND – “Oğul, övlad, uşaq, oddan doğulan” deməkdir.
    FƏRZİ – “Sanma, hesab etmə; ehtimal olunan” deməkdir.
    FƏRZİN – Bəxt, tale.
    FƏRZULLA – Ərəbcə "fərz" və "Allah" sözlərindən düzəlib. “Allahın gümanı, tanrının hesab etdiyi” deməkdir.
    FƏSALƏDDİN – Ərəbcə "fəsal + əd + din" sözlərindən düzəlib. “Dinin hökmü, qərarı; dinin təfsilatı, hərtərəfli izahı” deməkdir.
    FƏTƏLİ – Ərəbcə “fəth” və+ “Əli” sözlərindən əmələ gəlib. “Əlinin zəfəri, qələbəsi” deməkdir.
    İLGİZ – İlk iz, ilk yol.
    İLĞIM – Quru düzlərdə, səhralarda buxarın yerə yığılıb uzaqdan su mənbəyi kimi görünməsi.
    İLHAM – Təb, bir şeydən təsirlənib ruhlanma, yüksək ruh coşqunluğu deməkdir.
    İLHAMƏDDİN – "Dinin ilhamı, dinin coşması".
    İLHAMƏLİ – "Əli ilhamı", "Əli coşqunluğu".
    İLHAMİ – İlhamla bağlı, ilhama aid olan.
    İLHÜSEYN – "İlin-elin Hüseyni, yurdun Hüseyni".
    İLXAS – İlin (ölkənin, dövlətin) xüsusi, əlahiddə şəxsi.
    İLİG – Şahzadə, hökmdar övladı.
    İLKAĞA – İlk ağa, birinci ağa; ailənin ilk oğlu.
    İLKƏR – İlk ər, birinci oğul, ilk igid.
    İLKİN – Birinci, ilk dəfə deməkdir. Antroponim kimi “ilk övlad, birinci övlad” mənasını bildirir.
    İLKİNƏR – İlk ər, birinci ər; ilk qəhrəman.
    İLKİZ – İlk iz, ilk yol, ilk cığır; ilkin; ilk övlad.
    İLKNUR – İlk işıq, nur: birinci uşaq, övlad.
    İLKÜN – İlk səda, ilk səs, ilk övlad.
    İLQAR – Əhd, vəfa, vəd, söz vermə.
    İLMAN – İl-el adamı, elə yaxın olan.
    İLNAMƏ – İlin (ölkənin, elin, vilayətin) məktubu; ilin kitabı.
    İLNAR – Elin odu, ölkənin, yurdun odu.
    İLNUR – Elin nuru, ölkənin, yurdun nuru.
    İLTİFAT – Mehribanlıq, lütfkarlıq, xeyirxahlıq, mərhəmət, hüsn-rəğbət.
    İLTİMAS – Xahiş, rica, yalvarış, dilək.
    İLTİZAM – Borc, vəzifə, məsuliyyət.
    İLVİN – İlin, elin nüfuzlu, hörmətli, etibarlı dostu.
    İLYAR – Elin, ilin dostu, sevimlisi; elin sevimlisi.
    İLYAS – Həmişəcavan, həmişəyaşıl; Allahın gücü və qüdrəti.
    İLZƏR – İlin (elin, ölkənin, vilayətin) zəri, sərvəti.
    İMAD – Dirək, dayaq, sütun.
    İMADƏDDİN – Dinin dirəyi, dinin sütunu; dinin dayağı.
    İMAM – Qabaqda gedən, lider, dini işlərə baxan ruhani; məzhəb və təriqət başçısı.
    İMAMƏDDİN – Dinin imamı, dinin başçısı.

    Category: articles

    22 Jul 2016

    Xalid Hüseyninin "Min möhtəşəm günəş" kitabını yüklə.

    Min möhtəşəm günəş (ing. A Thousand Splendid Suns) — əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanı.

    Hara gedirsiniz gedin, vətəniniz arxanizca gəlir. Artiq siz orada yaşamasanız da o içinizdə yaşayar. Əfqanıstanın Xalid Hüseynidə yaşadığı kimi... Kiçik yaşda evləndirilən qizlar, uçağı olmayan qadınlar, ataya ya da uşaqliq dostlarına bəslədikləri keçmidə qalmış sevgilər....

    Xalid Hüseyni. "Min möhtəşəm Günəş"... Hara gedirsiniz gedin, vətəniniz arxanizca gəlir. Artiq siz orada yaşamasanız da o içinizdə yaşayar. Əfqanıstanın Xalid Hüseyni...

    Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.

    Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.

    “Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.

    Azərbaycan dilinə tərcümə edən: Orxan Əmrullayev
    Category: articles

    6 Jun 2016

    Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" kitabını yüklə.

    Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdə qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz, Rusiya İmperiyası, Bolşevik İnqilabının yenicə kəşf etdiyi neft və islam haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı.

    Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan saldılar. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu. O çox məhsuldar olduğuna görə, ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi.

    Yaradıcılığı

    Nussimbaumun etnik mənsubiyyətinin yəhudi olmasına baxmayaraq, o elə bir monarxist və anti-sosialist siyasəti yürütmüşdü ki, mənşəyinin aşkar olunmasından əvvəl nasist təbliğat nazirliyi onun əsərlərini "Alman xatirəsi üçün ən üstün kitablar" siyahısına daxil etmişdi. Onun adına yazılmış əsərlər arasında Lenin, Stalin, II Nikolay, Məhəmməd peyğəmbər və Rza şah haqqında tərcümeyi-hallar mövcuddur. Ehtimallara görə, bütün bu "tərcümeyi-hallar" 1932-1936-cı illər arasında yazılmışdır. Bir dəfə Nussimbaumdan Benito Mussolini haqqında rəsmi tərcümeyi-hal yazması tələb olunmuşdu. Əsəd Bəyin əsərləri və onun bioqrafiya olduğunu iddia etdiyi əsərləri tarixçilər və ədəbi tənqidçilər tərəfindən ifşa edilmişdir və bu əsərlərin etibarsız olduğunu göstərmək üçün yazılan yazılar istisna olmaqla onlara nadir hallarda istinad edilir.

    "Əsəd Bəy" təxəllüsü altında nəşr edilən kitablar

    • Şərqdə neft və qan (1929; İngiltərədə Aran Press nəşriyyatının təkrar nəşri, 1997; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-36-0)
    • Qafqazın on iki sirri (1930; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-37-7)
    • Stalin: Fanatikin karyerası (1931)
    • Qafqaz (1932), yalnız almanca, Der Kaukasus.
    • Məhəmməd Peyğəmbər (1932)
    • Ağ Rusiya: vətənsiz xalq (1932)
    • OGPU: Dünyaya qarşı təxribat (1932)
    • Maye qızıl (1933).
    • Rusiya yol ayrıcında (1933).
    • Sevgi və neft (1934), yalnız polyakca.
    • Manuela (1934), yalnız polyakca.
    • II Nikolay: Bənövşəyi dustaq (1935; Almaniyada Maurerin təkrar nəşri, 2001, ISBN 978-3-929345-57-5)
    • Lenin (1935), yalnız italyanca
    • Rza Şah (1936)
    • Allahu Əkbər: İslam dünyasının yüksəlişi və tənəzzülü (1936) (Volfqan von Veysl) Səudiyyə Ərəbistanı kralı İbn Səudun hakimiyyəti haqqında (1936)
    • Bolşevizmin sonu (1936), italyan dilində Giustizia Rossa kimi qələmə alınıb

    Category: articles

    26 May 2016


    Qabriel Qarsiya Markesin "Polkovnikə məktub yoxdur" kitabını yüklə.

    Mənbə: vivo-book.com
    Qabriel Xose de la Konkordiya "Qabo" Qarsiya Markes (isp. Gabriel José de la Concordia «Gabo» García Márquez; 6 mart 1927, Arakataka, Kolumbiya — 17 aprel 2014, Mexiko, Meksika) — Kolumbiyalı yazıçı, jurnalist, siyasi xadim, 1982–ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı.

    Həyatı və fəaliyyəti
    Category: articles

    23 May 2016





    Çarlz Bukovskinin "Qadınlar" kitabını yüklə.


    Mənbə: vivo-book.com

    Çarlz Bukovski (əsl adı: Heinrich Karl Bukowski; d. 16 avqust 1920 – ö. 9 mart 1994) — Amerikalı yazıçı və şair.

    Əsərlərində bəzən Henri Çinaski adını da istifadə etmişdir. Həyatının çoxunu ABŞ-ın Los Anceles şəhərində keçirmişdir.

    Əsərlərində ümumiyyətlə cəmiyyət xarici insanları və depressiyasini mövzu götürməsi və alkoqolizmə yaxın bir həyat tərzini izah etməsiylə məşhurdur. Bunun səbəbi olaraq özünün bu həyatı yaşaması göstərilə bilər. Bukovskinin yazılarında öz həyatını yazıb yazmadığı müzakirə mövzusu olmuşdur pərəstişkarlarının bir qisimi bunları hazırladığını, əksəriyyəti isə yaşamadan bu tip fantastikaları etməsinin mümkün olmayacağını və o xarakterdə bir insanın bu həyatı yasamaginin onsuz da təbii olduğu fikirini müdafiə etməkdədir.

    "Qadınlar" haqqında romanı
    Category: articles

    6 Mar 2016

    Andrey Platonovun "Seçilmiş əsərləri" kitabını yüklə.

    Andrey Platonov (əsl adı rus dilində: Андре́й Плато́нович Климе́нтов; 28 avqust 1899, Voronej, Rusiya imperiyası — 5 yanvar 1951, Moskva, SSRİ) — rus sovet yazıçısı, dramaturqu.

    Andrey Platonov 1899-cu ildə Voronejin Yamskaya qəsəbəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin böyük oğlu olduğundan hələ yeniyetməlik çağlarından ən ağır işlərdə çalışıb. Atasına kömək olub. Çox yerlərdə, çox sahibkarlara qulluq edib. Odur ki, yazılarında "intiligent" obrazlarına az təsadüf olunur. Onun qəhrəmanları adətən sadə zəhmət adamları, kəndlilər, fəhlələrdi. Və bu insanlar daha çox torpağa bağlılıqları, həyatın bütün qatlarına dərindən bələd olmalarıyla son dərəcə müdrik, ağıllı, tədbirli, deməli, həm də əsil ziyalıdırlar. Platonov ayrıca filoloji təhsil almayıb. Sadəcə, yazı-pozuya yaşının erkən çağlarından başlayıb. Onun ötən əsrin 30-cu illər yaradıcılığına bələd olan Lev Qumilyov deyibmiş ki, Platonovda mühəndis ağlı, kəşflərə meyl var və əgər o mühəndis olmasaydı, onda yazıçı Platonov da olmazdı. Qumilyov bununla Platonov nəsrində boy göstərən xarakter bitkinliyinə, hadisələrin, vəziyyətlərin, insan münasibətlərinin sözlə, dialoqlarla ifadəsindəki heyrətamiz riyazi dəqqiliyə işarə vurudu.

    A.Platonov Voronejdəki dəmiryol texnikumunu bitirir, atası ilə bərabər qatar sürücüsü işləyir, sonra elektrik stansiyası tikintişinə rəhbərlik edir. Bax, elə o illərdə də (1917-1918) müntəzəm yazılar yazır, oçerkləri, məqalələri qəzetlərdə çıxır.

    Böyük Vətən Müharibəsi başlayanda onu əsgər aparırlar. 1942-ci ildən davanın sonuna kimi "Krasnaya zvezda" qəzetinin cəbhə müxbiri işləyir. Qəzetin redaktoru Ortenberq xatırlayırdı: 

    "Platonovun cılız fiquru onu görənlərin təsəvvüründə heç də yazıçı obrazı canlandırmırdı. Əsgərlər onunla özlərini çox sərbəst aparır, ürəyindəkiləri ən xırda incəliklərinə qədər açıb tökürdülər ki, bu da Platonova misilsiz material verirdi". A.Platonov rus yazıçıları arasında nəsr dili, üslubiyyət, ricət baxımından ən maraqlı, təkraredilməz sənətkarlardan sayılır. Onun bənzərsiz nəsri uzun illər geniş oxucu dairələrindən gizli saxlanılıb, az təbliğ olunub. Repressiya illərindən güclə yaxasını qurtarsa da, hələ 41-45-ci illər müharibəsində ağır xəstəliyə düçar olmuş, 1951-ci ildə, 52 yaşında dünyasını dəyişmişdir.

    Kitab haqqında

    Kitaba böyük rus yazıçısı Andrey Platonovun müxtəlif illərdə yazdığı hekayələri, dünya nəsrinin incilərindən sayılan “Can” povesti, eləcə də həyat yoldaşı M.Kaşintsevaya Türkmənistandan yazdığı məktublardan və qeyd dəftərçəsindən seçmələr daxil edilmişdir ki, bu əsərlər də oxucuda Platonov yaradıcılığı haqqında aydın təsəvvür yaratmağa imkan verir.

    A.Platonov həyatı və yaradıcılığı ərzində insana hüdudsuz sevgi, yazıçı fikrinin başlıca silahı olan sözə hədsiz ciddi münasibət bəsləmiş, qarşılaşdığı siyasi-ideoloji qadağalar üzündən qəlbində səslənən ilahi melodiyaların çox az qismini sözə və obrazlara çevirə bilmişdir.

    Müasir dünya ədəbiyyatı seriyasına daxil olan və “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
    Category: articles

    20 Feb 2016

    Qazamat "sanitar"ları

    Rövşən Yerfinin "Qazamat "sanitar"ları" kitabını yüklə.


    Rövşən Yerfi – nasir, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Penitensiar Xidmətdə işləmiş ilk yazıçı.

    Həyatı

    Rövşən Yerfi 1965-ci ilin aprelin 20-də Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1972-1982-ci illərdə orta məktəbi oxumuş, 1982-ci ildən Bakı poçtamtında əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə orduda qulluq etmişdir.
    Category: articles
    Frans Kafkanın "Atama məktub" kitabını yüklə.



    Atama məktub Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilmişfir. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
    1919-cu ilin yanvarında Kafka Şlesendə (almanca Schelesen) kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu Kafkanın atasına belə uzun məktub yazmağa məcbur etmişdir. Məktub 10-13 noyabr 1919-cu ildə yazılmışdır. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi adlandırılır.
    Yüz səhifə əlyazmasından ibarət olan bu məktubda Kafka atası ilə konflikti yazmaqla çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə fiziki və mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların hər ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaqdır.

    Məktubun qısa analizi
    Kafkanın atasına yazdığı məktub atası, özü və çüzi şəkildə qeyd edilən anasına toxunan çətin ədəbi dildə yazılmış şikayət və müdafiə mətnidir. Kafka ata-oğul mətnini böyük hüquqi məntiqlə və ədəbi texnika ilə təsvir etmişdir. Bununla o, öz həyanın analzini verməyə çalışır. Əsas mövqedə qorxu və mübarizə durur. Əlbəttə, bu məktub, belə götürüldükdə, heç bir ədəbi əsər sayılmır.

    Məktubda müzakirə olunan mövzular
    Məktubda, ilk növbədə, iki vücudun bir-biri ilə yola gedə bilməməsi təsvir edilmişdir. Herman, Kafkanın atası impulsiv, qəzəbli, savadsız və buna baxmayaraq, cəmiyyətdə müəyyən qədər dirçələ bilən şəxsdir. Oğlu Frans yumşaq, atasının dövləti nəticəsində sərbəst olmayan, qorxaq və öz daxili aləminə qapılmış bir şəxsdir.
    Burada uşağın yüksək savada yiyələnməsi sayəsində adi ailələrdə baş verən konflikt izah olunur. Əgər uşaq bu arada ailədən aralanıb öz həyat yolu ilə gedə bilsəydi, hadsələr belə acınacaqlı olmazdı. Elə bunu oğul istəmir və edə bilmir. O, yetişmiş gənc olduqda belə ailəsinin yanında yaşayır. Bundan başqa o, mənəvi cəhətdən atasından aralana bilmir və bütün həyatını atasına uyğunlaşdırmağa cəhd edir. O, atasına olan məhəbbət-nifrətdən azad ola bilmir. O, atasını həqiqətən sevirdi.
    Onun bacıları ataları ilə müxtəlif şəkildə rəftar edirlər, buna baxmayaraq onların ataları ilə münasibətdə konfliktləri qardaşlarınınkı ilə müqayisə oluna bilməz. Valli anası kimi atasının dediyi ilə otutub durur. Elli çox passiv bir uşaq idi. O dolğun yaşa çatdıqdan sonra Kafka ailəsindən aralanır, öz ailəsini qurur və normal həyat tərzi keçirir. Ottla isə atası ilə münasibətdə daha qəddar mövqe tutsa da, sonra təslim olur. Kafkanın anası uşaqları ilə atası arasında qalmışdır. O, hər şeyi analar kimi insancasına həll etməyə çalışırdı. Onun ailədə baş verən proseslərin (əsasən münaqişələrin) axarına təsiri, demək olar ki, yox idi.
    Bu məktub Kafkanın atasından uzaqlaşmaq üçün atdığı əsas addım sayırdı. Atası ilə olan problemlərə baxmayaraq, Kafka həmişə ona bağlı olmuş və onun rəğbətini qazanmağa çalışmıdır. Məktubdakı yazıda deyilir:"Mənim məktubum sənin haqqındadır, burada mən yalnız sənin qarşında edə bilmədiyim şikayətlərimi verirəm". Məktubda qabaqca və sonra Kafkanın əsərlərində təsvir olunmuş müxtəlif motivlərərə rast gəlinir. Əsasən, "Hökm" hekayəsində oxşar əhvalat, harada ki, böyüklük və narazlılıq hisslərinə malik, özünə inamsız olan oğluna qarşı həmlələr edən və onun nişanlanmasını pisləyən ata obrazı verilir. Məktubda əsas mövzulardan biri də ailə olmuşdur. Məktubda anası haqqında da o, az yazmışdır.
    Category: articles