9 May 2015

Amneziya. Əli Əkbər

   

Əli Əkbərin "Amneziya" kitabını yüklə.


Amneziya Əli Əkbərin 2010-cu ildə "Qanun" nəşriyyatında çapdan çıxmış romanıdır. Utopiya və anti-utopiya janrlarında qələmə alınmış "Amneziya" romanında, avtoritarizmin tüğyan etdiyi bir ölkədə yaşayan Murad adlı stomatoloqun bir neçə cəbhədə apardığı mübarizədən bəhs olunur, baş qəhrəmanın məişətdən siyasətə, romantizmdən sərt realizmə qədər həyatının bütün qatları əhatə edilir.

Kitab haqqında yazıçı Çingiz Hüseynovun rəyi:
" Kitaba girişdə müəllif öz işini esxatoloji perspektivdə avtoritarizm anatomiyası kimi müəyyənləşdirir, bütün bu leksikon, kitabın girişi də daxil olmaqla, azərbaycan dilinin strukturuna və tərkibinə yad olan bir formada dəqiq təkrar olunur və eyni zamanda bu sözlərin zənciri diqqət mərkəzində olan əyalətin mental xüsusiyyətlərini və məğzini açmağa kömək edir.
Aydındır ki, müəllif öz qarşısına əsasən Avrasiya regionunda insaniyyətin indiki inkişaf mərhələsində aktual olan, böyük və müərəkkəb bir məsələni qoyur və onu bədii vasitələrlə həll etməyə çalışır, belə ki, qaldırılan problemlərin miqyası, insan təbiətini, onun psixikasını, həyat tərzini, hətta leksikonunu avtoritarizmin indiki çılğın inkişaf zamanında analiz etmək cəhdindən çıxış edərək əsərin janrını roman kimi təyin etmək olur. Onu da qeyd etmək lazımdır ki, roman təkcə təsvir olunan problemə görə yox, həm də ən yeni təsviri-ifadə vasitələrinə görə müasirdir: burada realist və qrotesk stili; kobud rus və primitiv-milli qarışığından ibarət olan, sadə, dolğun və ifadələrlə zəngin dil; utopiya və antiutopiya elementlərinin mövcudluğu, burada həqiqətin, konkret olaraq, hətta fikirləşilmiş, ancaq uydurulmamış şəkildə təsviri; elə bil ki, təsvir olunanlar real kökə malikdirlər, hətta halusinasiyalar da daha çox həqiqətə, nəinki, sərsəmələrə oxşayır.
Romanda iştirakçılar çoxdur, çox qəhrəmanlıdır, hadisələr ağlabatan bütün demokratik prinsiplər və normalar itmiş kiçik bir dövlətdə baş verir və o açıq aydın adlandırılır. Romandakı zaman da dəqiq müəyyən olunur: hadisələr bu ildə - 2010-cu ildə tüğyan edir, hətta artıq qədəm qoymuş, çoxdan gözlənilən yuxarıdan aşağıya qədər dəyişkliyi özü ilə gətirmiş 2011-ci ilə də keçir: avtoritar hakimiyyət çökür və demokratik quruluşun birinci addımı kimi Daxili İşlər Nazirliyini şüşəli binaya köçürülməsi olur. 2011-ci il hələ qədəm qoymayıb, belə ki, baş verənlərə inanmaq və ya inanmamaq olar, əgər ümidlər puça çıxarsa, onda əsərin növbəti nəşrlərində bu rəqəmləri düzəldərək onu dala çəkmək olar, o vaxta qədər ki, gözlənilənlər baş vermiş olsun. Zamanın və məkanın avtoritarizmlə əlaqəsini konkretləşdirən yeganə amil keçmişdə və indi mövcud olan bəzi məmurların adlarının çəkilməsidir.
Hökümət başçısı, Elena Çauşeskunun tərcümeyi halına oxşar olan Qənirə Milli adlanır. O anadır, xalqın anasıdır. O, müxalifətin lideri Niyazi Milli seçkilərdə qaliub gəldiyi halda, seçkinin nəticələrini saxtalaşdıraraq vəfat etmiş prezident əri İslam Millinin yerinə keçir... O öz hakimiyyətini silahın gücü ilə möhkəmləndirir. Həyacanlanmış xalqı dayandırmaq üçün mitinqçləri güllələməyə əmr verir və burada adamlar ölür, romanda hətta dəqiq rəqəm də göstərilir : 131 adam. Bütün şüarlar və transparentlər onu tərifləyir, bütün mətbuat onun haqqında hay salır, o- xalqda olan bütün yaxşı şeylərin cəmləyicisi, ağıl dəryasıdır və yüksək intellektə malikdir. Gürcüstanda da polis rüşvətxorluğuna qarşı mübarizə aparan prezident Saakaşvili yox, adı uydurulmuş David Çixladzedir.

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: