3 May 2015

Balaca şahzadə. Antuan de Sent-Ekzüperi

   

Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" kitabını yüklə.


Antuan de Sent-Ekzüperi (fr. Antoine de Saint-Exupéry; 29 iyun 1900 – 31 iyul 1944) — fransız yazıçısı və təyyarəçi. "Balaca şahzadə" və "İnsanlar planeti" əsərləri ilə dünya şöhrəti qazanmışdır.

Balaca şahzadə( fr. Le Petit Prince) — Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri, alleqorik hekayə. İlk dəfə aprelin 6, 1943-cü Nyu-Yorkda çap olunub. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər maşhurdurlar, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər. Unikal şəkillər hamıya aydın olan universal vizual leksikonun bir hissəsi olur və dil baryerini aradan qaldırırlar.

“Bütün böyüklər uşaq olublar, amma bunu hamısı xatırlamır” – kitabın proloqu.

Ekzüperi Almaniya Fransanı işğal etdikdən sonra Nyu-Yorka köçür və 1943 ildə “Reynal&Hiçkok” nəşriyyatı tərəfindən ingilis dilində çap olunan “Balaca Şahzadə” kitabı işıq üzü görür, tərcümənin müəllifi – Katerina Vuds. Ardınca fransız dilində də çap olunur. Fransada ilk dəfə 1946 ildə “Edisyon Qaymar” nəşriyyatı tərəfindən çap olunur.

“Balaca Şahzadə” 180 dil və dialektlərə tərcümə olunub. İtaliyada friul, Malidə bamana, İspaniyada araqon, Kürasaoda kreol və Fransada qaskon dillərinə, təkcə Hindistanda hindi, teluqu, marathi, pəncabi, tamil, malayalam, benqal və konkani, Çində 30-dan və Koreyada 60-dan çox dillərdə nəşrlər var.

Azərbaycan dilinə ilk dəfə 1987-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən Astrid Lindqren və Ceyms Fenimor Kuperin əsərləri ilə birgə çap olunmuşdu, tərcüməçi – Cəfər Bağır. 2001-ci ildə “Əbilov, Zeynalov və oğulları” nəşriyyatı tərəfindən Əziz Gözəlov və Yaqut Qurbanovanın tərcüməsi, 2008-ci ildə isə Fransanın Azərbaycandaki səfirliyinin köməyi ilə yenidən çap olundu.


Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: