22 May 2015

Daş yuxular (Azərbaycan dilində). Əkrəm Əylisli

   

Əkrəm Əylislinin "Daş yuxular" kitabını yüklə.


Naibov Əkrəm Nəcəf oğlu (Əkrəm Əylisli) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü, Azərbaycan Respublikasının sabiq xalq yazıçısı, respublika Lenin komsomolu mükafatı laureatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1968), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı.

Daş yuxular — Əkrəm Əylislinin qalmaqallı romanı. Romanın sonunda qeyd olunduğu kimi əsər 2006-cı ilin iyul ayında yazıçı Əylisdə olarkən yazılmağa başlanmış və 2007-ci ilin iyun ayında yazıçı Bakıda olarkən başa çatmışdır. Roman orijinal olaraq Azərbaycan dilində yazılmış sonrada isə "Дружба Народов" (azərb. "Xalqlar dostluğu") jurnalı üçün M.Hüseynzadənin redaktəsi ilə müəllifin özü tərəfindən rus dilinə tərcümə edilmişdir.

Bu hadisədən sonra: Əkrəm Əylislinin oğlu gömrük polkovnik-leytenantı Nəcəf Naibovun işdən çıxarılıb. Əkrəm Əylisli Azərbaycan Respublikasının 4-cü prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən və Azərbaycan Respublikasının xalq yazıçısı rəxri adından məhrum edilib.

Roman 2012-ci ilin dekabrında Rusiyada nəşr olunan "Drujba narodov" (lat. "Xalqlar dostluğu") jurnalında çap olunmuşdur.

  • 31 yanvar 2013-cü il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının üzvləri romana etiraz məqsədilə Əkrəm Əylislinin evinin qarşısında icazəsiz aksiyası keçirmişdir. Aksiyada yazıçının ünvanına "Ölkədən cəhənnəm ol!", "Erməni Əkrəm, çıx ölkədən!" kimi şüarlar səsləndirmişdir. Gənclər Əkrəm Əylislinin şəklini yandırmış və onun evinə yumurta atmışlar.
  • 1 fevral 2013-cü il tarixində Flora Xəlilzadənin imzası ilə Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan "Azərbaycan" qəzetində "Siz kimsiniz, Əkrəm Əylisli?" başlıqlı tənqidi yazı çıxmışdır.
  • "Mən Əkrəm Əylislinin qalmaqal yaradan “Daş yuxular” romanını oxumamışam. Bu haqda fikir deyə bilmərəm. Amma Əkrəm Əylisli haqqında onu qeyd edim ki, o, nəhəng yazıçıdır" — Azərbaycan Ziyalılar Forumunun üzvü, tanınmış alim Rafiq Əliyev.
  • "Mənə elə gəldi ki, romanı o yazmayıb. Çünki həddən artıq birtərəflidir." — "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli.
  • "Buna münasibət bildirməyə lüzum görmürəm" — Azərbaycan Yazıçılar Birliyinin sədri Anar.
  • "...indiyə qədər oxuduğum kitablar arasında mənə Əkrəmin bu yazısı qədər pis təsir edən, mənfi emosiyalar yaradan bir yazı olmamışdı və mən olduqca təəssüf etdim ki, Əkrəm Əylisli belə bir yazı yazıb..." — Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev.
  • "Kimsə deyir ki, Əkrəm müəllim Azərbaycanı aşağılayır. Əksinə, o, Azərbaycanı daha da ucaldır.” — Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycanı tərk etmək məcburiyyətində qalmış erməni jurnalist Aleksey Manvelyan.
  • "Parlament bu əsəri müzakirəyə çıxarıb. Düşünürəm ki, Azərbaycan xalqının o qədər taleyüklü məsələləri, problemləri var, Milli Məclis o məsələləri həll etməkdənsə, düşüb bir yazıçının üstünə... Yazıçılıq azad düşüncə deməkdir." — şair Rüstəm Behrudi.

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: