14 Aug 2015

Bozun əlli çaları. Erika Ceyms

   

Erika Ceymsin "Bozun əlli çaları" kitabını yüklə.

mənbə: vivo-book.com

"Bozun əlli çaları" (ing. «Fifty Shades of Grey») — İngiltərə yazıçısı Erika Ceymsin (əsl adı Erika Leonarddır) trilogiyasından birinci kitabdır. Son illərin ən oxunan erotik romanı. Hazırda dünyanın bir çox ölkələrində satış rekordları qıran bu əsəri bir çox tənqidçilər "analar üçün porno" adlandırıblar.

Erotik məzmunlu "Bozun əlli çaları" 22 yaşlı universitet məzunu Anasteyşa Stilin hekayətidir. Təsadüfən 27 yaşlı biznes-maqnat Kristian Qreydən müsahibə almağa yollanan qız az sonra mürəkkəb intim münasibətlərə cəlb olunur. Bəyəndiyi yaraşıqlı kişini sadomazoxist meyillərdən uzaqlaşdırmağa çalışan Anasteyşa Stil tədricən onun seksual köləsinə çevrilir, lakin daha sonra normal eşq istəyi onu bu əsarətdən qurtulmağa sövq edir.

“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar

1. Evdar xanımlar üçün nəzərdə tutulmuş BDSM (Bondage, Discipline, Sadism, Masochism)
Uzun müddət dillərdən düşməyən və müəllifinə xeyli şöhrət və pul gətirən Stefani Mayersin "Alatoranlıq" kitab seriyaları kimi "Bozun əlli çaları" da əvvəlcə yüngül ədəbiyyat olaraq evdar xanımların oxunması məqsədilə yazılıb.
“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar
2. Roman ingilis dili öyrənmək üçün vəsait hesab oluna bilər
"Bozun əlli çaları"nı oxuyanların sözlərinə görə, roman səlis ingilis dilində yazılıb və bu səlisliyin dili öyrənmək istəyənlərə böyük köməyi dəyə bilər. Əsəri oxuyanlar bədii cəhətdən o qədər də güclü olmadığını, amma dilinin rəvan olduğunu, kitabın birnəfəsə oxunduğunu açıqlayıblar. Lakin Britaniya mətbuatı müəllifi primitiv yazı üsuluna görə hələ də ittiham etməkdədir. Amerika mətbuatı isə Erikanı təmiz Britaniya dilində yazdığına görə ittiham edir.
“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar
3. Filmin baş rol ifaçılarını kitabın müəllifi seçib
Erika Leonard Ceyms birmənalı şəkildə "Alatoranlıq" filminin baş rollarını Robert Pattinson və Kristian Stüart və Anasteyşa Stilin canlandırmasına qarşı idi. Müəyyən mənada Stefani Mayersin bu əsərindən təsirlənərək "Bozun 50 çaları"nı qələmə alan yazıçı əsərinin ssenarisi əsasında ekranlaşdırılan filmə baş rol ifaçılarını özü seçib.
“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar
4. Qışı yazla əvəz ediblər
Film qış aylarında Kanadada çəkilib, amma yaz fəslini canlandırmalı olduqlarına görə aktyorlar yaz paltarları geyinməyə məcbur olublar. Əsərə görə, Anasteyşa Stil və Kristian Qrey yazda tanış olurlar.
“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar
5. Rejissor öz ərindən 23 yaş böyükdür
Filmin rejissoru Sem Teylor Conson 1967-ci il təvəllüdlüdür. 2012-ci ildə o, 22 yaşlı yaraşıqlı oğlana ərə gedib. Aaron Consonla olan evliliyindən onların iki oğulları var.
“Bozun 50 çaları” haqqında ən maraqlı faktlar
6. Beyons filmin şərəfinə mahnı yazıb
"Crazy in love" mahnısının yeni versiyası sözügedən filmə həsr olunub. Filmin treyleri internetdə yayılanda bu barədə ilk məlumatlardan birini də Beyons şəxsi "instagram" hesabında vermişdi.

Mənbə:http://www.buro247.az/culture/films/bozun-50-alar-haqq-nda-n-maraql-faktlar.html

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: