6 Jun 2016

Şərqdə neft və qan. Məhəmməd Əsəd bəy

   

Məhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" kitabını yüklə.

Məhəmməd Əsəd bəy və ya Lev Nussimbaum – Azərbaycanlı mühacir jurnalist və yazıçısı. O, Kiyevdə qatarda dünyaya gəlmiş, lakin 14 yaşınadək, 1920-ci ildə bolşeviklərdən qaçmazdan əvvəl uşaqlığını Bakıda keçirmişdi. O, Qafqaz, Rusiya İmperiyası, Bolşevik İnqilabının yenicə kəşf etdiyi neft və islam haqqında yazmaqla Avropa ədəbi dünyasında özünə taxça yaratmışdı. Bu mövzular Qərb sakinlərinə çox az tanış idi. O, əsərlərini alman dilində Əsəd Bəy adı altında yazırdı.

Mövzuya yaxından bələd olan tarixçilər və ədəbi tənqidçilər Əsəd Bəyi etibarlı mənbə kimi nüfuzdan saldılar. Bu gün Əsəd Bəyin yazmaq üçün seçdiyi mövzuların hələ də kritik olmasına baxmayaraq, tarixçilər bu təxəllüs altında nəşr olunmuş kitabları etibarsız hesab edir və nadir hallarda ona istinad edirlər. Bundan başqa Əsəd Bəyin ədəbi məhsuldar olması və sonralar məşhur olan əlyazmaları saxtalaşdıraraq onları öz adı altında satışa buraxması və broker kimi fəaliyyət göstərməsi bu kitabların müəllifliyini sual altına qoyurdu. O çox məhsuldar olduğuna görə, ədəbi agenti Verner Şendell ona sürətini azaltması və kitablar arasında fasilə verməsi üçün xəbərdarlıq etmişdi. Məhz həmin ildə polyak dilində iki romandan savayı, alman dilində heç bir kitab nəşr edilməmişdi.

Yaradıcılığı

Nussimbaumun etnik mənsubiyyətinin yəhudi olmasına baxmayaraq, o elə bir monarxist və anti-sosialist siyasəti yürütmüşdü ki, mənşəyinin aşkar olunmasından əvvəl nasist təbliğat nazirliyi onun əsərlərini "Alman xatirəsi üçün ən üstün kitablar" siyahısına daxil etmişdi. Onun adına yazılmış əsərlər arasında Lenin, Stalin, II Nikolay, Məhəmməd peyğəmbər və Rza şah haqqında tərcümeyi-hallar mövcuddur. Ehtimallara görə, bütün bu "tərcümeyi-hallar" 1932-1936-cı illər arasında yazılmışdır. Bir dəfə Nussimbaumdan Benito Mussolini haqqında rəsmi tərcümeyi-hal yazması tələb olunmuşdu. Əsəd Bəyin əsərləri və onun bioqrafiya olduğunu iddia etdiyi əsərləri tarixçilər və ədəbi tənqidçilər tərəfindən ifşa edilmişdir və bu əsərlərin etibarsız olduğunu göstərmək üçün yazılan yazılar istisna olmaqla onlara nadir hallarda istinad edilir.

"Əsəd Bəy" təxəllüsü altında nəşr edilən kitablar

  • Şərqdə neft və qan (1929; İngiltərədə Aran Press nəşriyyatının təkrar nəşri, 1997; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-36-0)
  • Qafqazın on iki sirri (1930; Almaniyada Maurerin təkrar nəşri, 2008, ISBN 978-3-929345-37-7)
  • Stalin: Fanatikin karyerası (1931)
  • Qafqaz (1932), yalnız almanca, Der Kaukasus.
  • Məhəmməd Peyğəmbər (1932)
  • Ağ Rusiya: vətənsiz xalq (1932)
  • OGPU: Dünyaya qarşı təxribat (1932)
  • Maye qızıl (1933).
  • Rusiya yol ayrıcında (1933).
  • Sevgi və neft (1934), yalnız polyakca.
  • Manuela (1934), yalnız polyakca.
  • II Nikolay: Bənövşəyi dustaq (1935; Almaniyada Maurerin təkrar nəşri, 2001, ISBN 978-3-929345-57-5)
  • Lenin (1935), yalnız italyanca
  • Rza Şah (1936)
  • Allahu Əkbər: İslam dünyasının yüksəlişi və tənəzzülü (1936) (Volfqan von Veysl) Səudiyyə Ərəbistanı kralı İbn Səudun hakimiyyəti haqqında (1936)
  • Bolşevizmin sonu (1936), italyan dilində Giustizia Rossa kimi qələmə alınıb

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: