17 Sep 2016

Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. M.Ə.Rəsulzadə

   

M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi" kitabını yüklə.

Məhəmməd Əmin Rəsulzadə (Məmməd) (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə;
d.  31 yanvar 1884, Bakı – ö.  6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Din xadimi olan atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul – idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məmməd Əmin Axund hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31- də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox,dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedadoq S. M. Qənizadənin (1866- 1942) müdir olduğu ikinci ―Rus – müsəlman məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabı fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə ―Müsəlman gənclik təşkilatını yaratmışdır (―Azərbaycan türk kültür dərgisi, Ankara № 269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul – idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. Bir az sonra ―Müsəlman demokratik ―Müsavat cəmiyyəti adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlanmış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, ―Müxəmməs adlı ilk yazısı ―Şərqi Rus qəzetində (1903-cü il № 20) çap olunmuşdur.

Azərbaycan xalqının böyük oğlu, dövlət xadimi Məmməd Əmin Rəsulzadə həm də görkəmli alim, tarixçi, ədəbiyyatşünas olmuşdur. Təəssüf ki, onun zəngin elmi irsindən oxucularımız hələ də xəbərsizdirlər. 

Bu kitabda M.Ə. Rəsulzadənin üç əsəri toplanmışdır. 

Bunlardan 

― Əsrimizin Səyavuşu Azərbaycan Demokratik Respublikasının tarixinə,həmin dövrün ətraflı təhlilinə həsr edilib. 

― Çağdaş Azərbaycan tarixi, ― Çağdaş Azərbaycan ədəbiyyatı əsərində isə XX əsrin əvvəllərindən tutmuş 50-ci illərə qədər Azərbaycanın siyasi, iqtisadi, mədəni vəziyyətindən bəhs edilir.

Kitab haqqında fikirlərinizi bildirə bilərsiniz

: